Kosovo ordusu qurulur

Uzun zamandır müzakirələrə səbəb olan Kosovo ordusunun qurulması qərarı, Kosovo Məclisində səs çoxluğu ilə qəbul edilib.
Abzas.net xəbər verir ki, Kosovada 68 millət vəkilinin ‘hə’ səsini verməsi ilə Kosovo Silahlı Qüvvələrinin yaradılması qərarı təsdiq edilib. Alınan qərarla mövcud olan Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK), Kosovo Silahlı Qüvvələrinə (FAK) çevrilməsi gözlənilir.
Məclisdəki qərarın ardından Kosovo baş naziri İsa Mustafa, 113 ölkə tərəfindən tanınan Kosovanın bütün qurumlara sahib olduğunu və Silahlı Qüvvələrə sahib olması üçün də bütün şərtləri yerinə yetirdiyini ifadə edib.
Digər tərəfdən FSK rəhbəri Haki Demolli, Cənub-Şərqi Avropa Ofisi direktoru Metyu Palmerin rəhbərliyində ABŞ Xarici İşlər Nazirliyi heyətini qəbul edib. Görüşdə siyasi və təhlükəsizlik mövzularının inkişafı ilə Kosovanın digər tərəfdaş ölkələrlə əməkdaşlığının müzakirə edildiyi bildirilib.