Lətif Hüseynov Avropa İnsan Haqları Məhkəməsində hakim vəzifəsində fəaliyyətə başlayıb

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan yeni hakimi Lətif Hüseynov vəzifəsinin icrasına başlayıb.
“Report”un xəbərinə görə, L.Hüseynov hazırda Strasburqda yaşayır.
Onun aylıq maaşı 10 min avroya qədərdir.
Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir. Azərbaycanın AİHM-dəki əvvəlki hakimi Xanlar Hacıyev olub. Onun səlahiyyət müddəti başa çatıb.
L.Hüseynov bu təyinata qədər Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.