Lavrov: “Kürdlərin iştirakı olmadan Cenevre danışıqlarında irəliləyiş ola bilməz”

Rusiya xarici işlər naziri Sergey Lavrov, Cenevrə sülh danışıqlarının kürdlərin iştirakı olmadan uğursuzluqla nəticələnəcəyini söyləyib.
Abzas.net xəbər verir ki, Rusiya Xarici işlər nazirliyindən verilən açıqlamaya görə, Moskvada görüşən Lavrov və Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Astana görüşləri barədə danışıqlar aparıb.
İsveçrənin Cenevrə şəhərində Suriyalı tərəflər arasında keçirilməsi planlaşdırılan danışıqların Suriya müxalifətindəki fərqli kəsimlərin iştirakı ilə gerçəkləşməsinin lazım olduğunu ifadə edən Lavrov, “Moskva, Qahirə, Astana və Hmeymim qrupları ilə kürdlərin uyğun şəkildə təmsil edilməməsi halında, Cenevrə danışıqlarının müvəffəqiyyətli olması qeyri-mümkündür”, – deyə bildirib.