Lavrov: “Rusiya hansısa ölkə ilə qarşıdurma axtarışında deyil”

Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiyanın hansısa ölkə ilə qarşıdurma yaşamaq istəmədiyini , ancaq öz maraqlarını qoruya biləcək gücə sahib olduğunu söyləyib.
Abzas.net xəbər verir ki, 53-cü Münhen Təhlükəsizlik Konfransında çıxış edən Lavrov, NATO-nun genişləməsinin Avropadakı təzyiqi artırdığını bildirərək, həm Rusiya, həm də Qərbin qayğılarının aradan qaldırılması və dialoqun davam etdirilməsi üçün NATO ilə hərbi iş birliyinin yenidən başladılmasının lazım olduğunu qeyd edib.
Lavrov, NATO və Rusiya arasındakı tərəfdaşlıq əlaqələrinin təməlini qoyan Paris müqaviləsinin 20, Roma bəyannaməsinin isə 15 il əvvəl imzalandığını ifadə edərək, “Bu razılaşmalara görə NATO və Rusiya, təhlükəsizliyi qarşılıqlı hörmət çərçivəsində birlikdə möhkəmlətmə qərarı alıb, ancaq bu reallaşmadı. Çünki NATO soyuq müharibə təşkilatçısı olaraq qaldı”, – deyə bildirib.
Lavrov, Rusiyanın Qərb ilə əlaqələrindəki gərginliyin süni olduğunu vurğulayaraq, “Rusiya kimsəylə qarşıdurma axtarışında deyil, ancaq hər zaman öz maraqlarını qoruya biləcək gücdədir. Bizim əsas prinsipimiz, hədəfə dialoq yolu ilə çatmaqdır” ifadəsindən istifadə edib.
Ukrayna böhranına də toxunan Lavrov, Minsk müqaviləsinin şərtləri yerinə yetirilmədən Qərbə tətbiq edilən sanksiyaları ləğv etməyəcəklərini deyib.
Lavrov, çıxışının sonunda ABŞ ilə praqmatik və qarşılıqlı hörmət əsasında əlaqələri inkişaf etdirmək istədiklərini də dilə gətirib.