Luvr muzeyinə girmək istəyən bıçaqlı şəxs zərərsizləşdirilib

Bu gün əlində bıçaq və çanta olan naməlum şəxs Fransanın paytaxtı Parisdəki məşhur Luvr muzeyinə girmək istəyib.
APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, həmin şəxs əsgərlər tərəfindən vurularaq zərərsizləşdirilib. O, ağır yaralanıb. Şahidlər onun kürəyindən vurulduğunu bildiriblər.
Muzeydəki ziyarətçilər təxliyyə edilib.  Yaxınlıqdakı metro stansiyası təhlükəsizlik məqsədilə müvəqqəti bağlanıb.