Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB-nin) rəsmi valyuta ehtiyatları artıb.
Abzas.net xəbər verir ki, 2017-ci il yanvarın 31-ə rəsmi valyuta ehtiyatlarının həcmi 4 milyard 327.2 milyon dollar təşkil edib. Bu da dekabr ayı ilə müqayisədə 8.9 faiz və ya 352.8 milyon dollar çoxdur. Yanvarın 1-i tənzimləyicinin ehtiyatları 3 milyard 974.4 milyon dollar təşkil edib.
AMB-nin açıqladığı məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin valyuta ehtiyatlarının həcmi 1.62 faiz və ya 71.3 milyon dollar azalıb.