Mart ayında neçə gün iş olmayacaq?

Novruz bayramı ilə əlaqədar 6 gün istirahət olacaq.
Mart ayında Azərbaycanda cəmi 17 iş günü (şənbə günləri işləməyənlər üçün) olacaq.
Martın 8-i Beynəlxalq Qadınlar Günü ilə əlaqədar qeyri-iş günüdür.
Bundan başqa, Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə Novruz bayramı 20, 21, 22, 23, 24 mart tarixlərinə təsadüf edir.
Novruz bayramı günlərindən biri – 20 mart bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək və 25 mart qeyri-iş günü olacaq.
Beləliklə, bayramlarla əlaqədar mart ayında 7 gün, şənbə və bazara təsadüfən edən günləri (5, 6, 12, 13, 19, 26 və 27 mart tarixlərini) nəzərə almaqla isə ümumilikdə gələn ay (mart ayı 31 gündən ibarətdir) 14 gün iş olmayacaq.
Qeyd edək ki, 2017-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan 5-i bayramqabağı, 1-i Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 110 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən, 1-i isə Ramazan bayramının bir gününün iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü var.