Meksika ABŞ-ın yeni sərhəd qaydalarını rədd edir

Meksika ABŞ-ın demək olar ki, bütün qanunsuz miqrantların deportasiyasına imkan verən yeni qaydalarını tənqid edib.
Yeni qaydalara sənədsiz insanların, onlar meksikalı olmasa belə Meksikaya göndərilməsi daxildir.
Meksikanın xarici işlər naziri Luis Videgaray deyir ki, onun ölkəsi “digər bir hökumət tərəfindən tətbiq edilən birtərəfli qərarları qəbul edə bilməz”.
İki aparıcı ABŞ rəsmiləri Meksikada bu qaydaları müzakirə edəcək.
Dövlət katibi, Rex Tillerson və Milli təhlükəsizlik naziri John Kelly son illərdə bu qonşular arasında ən pis münasibətlər fonunda prezident Enrique Pena Nieto ilə danışıqlar aparacaq.
Nə dəyişir?
Çərşənbə Axşamı açıqlanan yeni qaydalar ABŞ sərhəd işçilərinə qeyri-leqal miqrantları haradan olmaqlarından asılı olmayaraq Meksikaya geri göndərmək icazəsi verir.
Hərçənd ABŞ-ın Meksikanı əcnəbiləri qəbul etməyə məcbur etmək səlahiyyətinin olub-olmadığı aydın deyil.
Obama hökuməti yalnız ağır cinayətlərə görə məhkum miqrantların deportasiyasına icazə verirdi.
İndi isə istənilən kiçik inzibati pozuntu edən miqrantlar da deportasiya oluna bilər.
Trump-ın yeni siyasəti meksikalıları acıqlandırıb.
Məlumatlara görə, hazırda ABŞ-da çoxu Meksikadan olmaqla, 11 milyon sənədsiz miqrant yaşayır.