MN: “Ermənilərin diversiya qrupu məhv edilib” – [Video]

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb.
Abzas.net xəbər verir ki, məlumatı Müdafiə Nazirliyi mətbuat xidməti yayıb.
“Düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib.
Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir”, – nazirliyin məlumatında qeyd olunub.