Mobil telefon nömrələrin satışı dayandırılıb

Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb.  Bakıda və rayonlarda mobil operatorların rəsmi dilerləri, eləcə də digər ticarət obyektlərində nömrə satışı həyata keçirilmir.
Azərbaycanda mobil telefon nömrələrinin satışının dayandırılmasının səbəbi məlum olub.
Lent.az-ın məlumatına görə, mobil operatorlardan  bildirilib ki, hazırda mobil telefon nömrələrinin satışının olmaması bu nömrələrin rəsmiləşdirilməsi və qeydiyyatı qaydalarına edilmiş dəyişikliklə bağlıdır.
Nazirlər Kabinetinin qaydalara dəyişiklik etməsi səbəbindən sistemdə bəzi işlər görülür və yaxın vaxtlarda satışın bərpa ediləcəyi gözlənilir.