“Moody’s” Azərbaycanın suveren reytinqini açıqladı

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini dəyişdirməyərək əvvəlki səviyyədə təsdiq edib. 
“Report” xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi “Ba1”, proqnoz isə “neqativ” səviyyədə saxlanılıb.
Xatırladaq ki, “Moody’s” agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də “Baa3” səviyyəsindən azaldaraq “Ba1”-ə endirib, proqnozu isə “stabil”də saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da “neqativ”ə endirib.
Əvvəlki məqaləMN: “Ermənilərin diversiya qrupu məhv edilib” – [Video]
Növbəti məqalədəÖtən ilə nisbətən ərzaq nə qədər bahalaşıb?