Moskva-Helsinki qatarında kitabxana açılacaq

Moskva və Helsinki arasında səfər edən “Lev Tolstoy” qatarında kitabxana açılacaq.
Bu barədə Rusiyanın Federal Sərnişin Kompaniyası məlumat verir.
“Fevralın 5-dən aprelin 5-ə qədər 31/32 nömrəli “Lev Tolstoy” Moskva-Helsinki qatarında sərnişinlər üçün həqiqi kitabxana fəaliyyət göstərəcək. Kitabxanada müxtəlif yaşda sərnişinlər üçün müasir fin və rus yazarlarının kitabları yer alacaq. Kitablar hər iki dildə olacaq”.
Sərnişinlər kitabxana formulyarını doldurmaq və kitab almaq bələdçiyə müraciət etməklə mümkün olacaq.