Müsavatın qarşısında aksiya keçirilib – [Foto]

Bu gün Bakıda bir qrup insan Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçirib.
Abzas-ın məlumatına görə, Müsavatın qarşısına bir dəstə insan toplaşaraq Müsavatın, İsa Qəmbərin və Arif Hacılının əleyhinə şüarlar səsləndirib. Polis onları müşayət edir. “Müsavata ar olsun, yaşasın Heydər Əliyev”, “İsa Qəmbər uğursuzluq simvoludur!”, “İdarəçiliyini gördük, daha hər-mərclik istəmirik”,  şüarları səsləndirirlər.
Təqribən yarım saat sonra polis onları Müsavat qarargahından kənarlaşdırıb.
Aksiya iştirakçıları İsa Qəmbərin iki gün əvvəl Novxanıda Məmməd Əmin Rəsulzadənin doğum günü münasibəti ilə keçirilən tədbirdəki çıxışına etirazlarını bildiriblər.