Neftçalada çay evi, Gəncədə avtomobil, Sumqayıtda isə ev yanıb

Neftçala, Gəncə və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.
Abzas.net xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Neftçala rayonunda vətəndaşa məxsus çay evinin ərazisində ümumi sahəsi 9 m2 olan tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Gəncənin Nizami rayonunda vətəndaşa məxsus “Moskviç” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Sumqayıtda isə vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, mətbəx və içərisində olan əşyalar 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.