Neftin qiymətində kəskin artış müşahidə olunub

ABŞ-ın İrana qarşı sanksiyalarını artırdığı üçün  cümə günü, fevralın 3-də neft qiymətlərində kəskin artış müşahidə olunub. 
ICE Futures London birjasında Brent markalı neftin aprel fyuçersləri barrel üçün  57,15 dollara, WTI markalı neftin mart fyuçersləri isə Nyu-York əmtəə birjası NYMEX-də 38 sent artaraq bareli üçün 53,92 dollara satılıb.
Həftənin başlağıcından sonuna qədərki zamanda WTI markalı nefin qiyməti 2,9%, Brent markalı neftin qiyməti isə 2,6% artmışdır.
Qeyd edək ki, cümə günü ABŞ İranla bağlı sanksiyalarını artırmış, sanksiya siyahısına 13 fiziki, 12 hüquqi şəxs əlavə olunmuşdur. Xarici İşlər Nazirliyinin yayımladığı sənəddə sanksiyaların terrorizmlə mübarizə məqsədli olduğu xüsusilə qeyd olunur.