Növbəti soyuq dalğası gəlir

Fevralın 8-də Bakıda və Abşeronda hava tutqun olacaq. Gün ərzində yağış, axşam isə sulu qar yağacağı, şimal küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +5 +8 dərəcə təşkil edəcək, gecə isə +1 dərəcəyə qədər enəcək.
Turan-ın məlumatına görə, ölkənin rayonlarında da yağış və qar yağacağı, qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gündüz +5 +9, gecə 0 +5 dərəcə, dağlarda -2 dərəcə təşkil edəcək.
Fevralın 8-dən etibarən şimaldan gələn soyuq hava kütlələri qar yağmasına və temperaturun azalmasına səbəb olacaq.
Belə ki, sinoptiklərin məlumatına görə, fevralın 8-dən 11-nə qədər ölkə ərazisində qar yağacağı gözlənilir, havanın temperaturu isə əvvəlki günlərlə müqayisədə 4-8 dərəcə aşağı düşəcək, yollar buz bağlayacaq. Qərb küləyi əsəcək.