Papa: “Qadınlar bu dünyaya qab-qacaq yumaq üçün gəlməyib”

Katoliklərin ruhani lideri Papa Françesko qadınların bu dünyada qab-qacaq yumaq üçün deyil, harmoniya yaratmaq üçün var olduğunu söyləyib.
Daha əvvəl də bir çox açıqlamalarında qadın hüquqlarına dair danışan Papa, Vatikanda yaşadığı evdə səhər duasında yenə bu mövzuya toxunub.
Tanrının, heyvanların hər növünü yaratdığını söyləyən Papa, “Ancaq kişi tək idi. Sonra Allah, onun qabırğasından qadını yaratdı. Bir çox dəfə qadından bəhs edərkən, yalnız onun funksionallığını danışırıq; qadın bunu bunu etmək üçün var. Halbuki qadın, kişinin sahib olmadığı bir zənginliyi – harmoniyanı bildirir”, deyə bildirib.
“Sputnik” agentliyinin məlumatına görə, Ruhani lider, “Qadınlar qab-qacaq yumaq üçün var, bunu etmək üçün var filan … Xeyr, xeyr, onlar bir harmoniya yaratmaq üçün var. Qadınsız bir dünyada harmoniyadan söz edilə bilməz. Qadınlar harmoniya, şeir və gözəllik deməkdir” ifadələrindən istifadə edib.
Qadın və kişinin bir-birindən üstün olmadığını söyləyən Papa sözlərinə belə davam edib:
“İnsanları istismar etmək insanlığa qarşı cinayətdir. Ancaq qadını istismar bundan daha artığıdır, Tanrının dünyaya vermək istədiyi harmoniyanı yox etməkdir. Bu tamamilə fərdi düşüncə olsa da, bunu düşünmək çox xoşuma gəlir: Tanrı, qadınları hamımızın bir anası olsun deyə yaratdı”.