Pentaqonun yeni rəhbərliyi hərbi xərclərinin artırılmasını təklif edib

Pentaqonun yeni rəhbərliyi ölkənin hərbi xərclərinin daha da artırılmasını təklif edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Konqresin hər iki palatasında üstünlüyə malik olan Respublikaçılar təklifin səs çoxluğu ilə qəbuluna çalışacaq.
Əksər senatorlar Barak Obama dövründə azaldılan hərbi xərclərin artırılmasını müsbət qarşıladıqlarını deyiblər.
Donald Tramp da seçki kampaniyası dövründə ABŞ-ın müdafiə qabiliyyətinin bir neçə dəfə artırılmalı olduğunu dilə gətirmişdi.