Poroshenko Çavuşoğlu ilə görüşüb

Ukrayna prezidenti Pyotr Poroshenko Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib.
Abzas.net xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, Poroshenko və Mövlud Çavuşoğlu yazda ölkə prezidentlərinin həmsədrliyi ilə keçiriləcək  Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Şurasının növbəti iclasının gündəliyi barədə danışıqlar aparıb.
Tərəflər iki ölkə arasında son zamanlarda yüksəlişdə olan əlaqələri müzakirə edərək, azad ticarət zonasına dair razılaşma üzrə danışıqlar prosesinin tezliklə başa çatdırılmasının vacibliyini qeyd ediblər.