Putinin ABŞ-da reytinqi son 14 ilin maksimumuna çatıb

Rusiya prezidenti Vladimir Putinin ABŞ-da reytinqi son 14 ildə maksimuma çatıb.
APA-nın xəbər verir ki, “The Hill” “Gallup” İnstitutunun apardığı tədqiqatlara əsasən yazır ki, sorğuda iştirak edənlərin 21%-i Rusiya prezidentinin fəaliyyətini bəyənir.
Belə göstərici son dəfə 2003-cü ildə qeydə alınıb.
2015-ci ildə isə V. Putin yalnız 15% respondent müsbət rəy bildirib.
Kəskin artım Respublikaçılar Partiyası tərəfdarlarının V. Putinə münasibətlərini dəyişməsi ilə əlaqələndirilir.
Əgər 2015-ci ildə bu partiyanın tərəfdarlarının 12%-i rusiyalı lideri dəstəkləyirdisə, 2017-ci ildə bu göstərici 32%-a çatıb.
2015-ci ildə Demokratlar Partiyası tərəfdarlarının 15%-i V.Putini dəstəklədiyi halda, 2017-ci ildə bu göstərici 10%-a enib.
Rusiya barədə 28% respondent müsbət rəy bildirdiyi halda, amerikalıların 70%-i bu ölkəyə mənfi yanaşır.
Qeyd edək ki, tədqiqatlar Donald Trampın prezidentlik dövrünün ikinci ayına, onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətində olduğu barədə bəyanatlar verdiyi dövrə təsadüf edib.