“Qaçqın bir ailənin uşağının Avstriya prezidenti olması populizmin rədd edilməsi anlamına gəlirdi”

Avstriya prezidenti Aleksandr Van der Bellen Strasbourg-da Avropa deputatlarına müraciət edərək, Avropa Birliyi layihəsini müdafiə edib.
Abzas.net xəbər verir ki, qaçqın bir ailənin uşağı olduğunu xatırladan Van der Bellen qloballaşan dünyanın dəyişdiyini söyləyib:
“2016-cı ilin dekabrnda Avstriya Respublikasının prezidenti olaraq seçilmək, artmaqda olan millətçiliyin, populizmin açıq şəkildə rədd edilməsi mənasına gəlirdi”.
Alexander Van der Bellen ayrıca Avropa Birliyinin üzv ölkələrə təmin etdiyi imkanlara da toxunub və sözlərinə belə davam edib:
“Avropa Birliyi xaricində qanunlara uymayan qlobal şirkətlərə kim dur deyə bilər? Facebook, Google ilə müzakirə edilməsi lazım olan qaydalar var. Böyük Avropa ölkələri belə tək başına bu şirkətlər ilə müzakirəyə otura bilməz”.
Van der Bellen populist təzyiqlərlə mübarizə aparıla biləcəyini, bunun üçün xüsusilə gənclərə yol verilməsinin lazım olduğunu ifadə edib.