Qambiya Universitetindən qovulan professor ADA-da prorektor işləyir

Korrupsiyada ittiham olunaraq Qambiya Universitetindən xaric olunan Prof. Muhammadou Kah Azərbaycan universitetində işləməyə başlayıb. 
Abzas.net xəbər verir ki, Muhammadou Kah ölkəsinin yeganə universiteti olan Qambiya Universitetinə prorektor təyin ediləndən sonra korrupsiya ittihamları ilə üzləşib və tələbələrin etirazlarından sonra təhsil ocağından xaric edilib.
Muhammadou Kah və həyat yoldaşı
2016-cı il prezident seçkilərindən sonra məğlub olan, ancaq bir müddət vəzifəsini tərk etməyə eks-prezident Yahya Jammeh-nin də elm-təhsil məsələləri üzrə məsləhətçisi olan Muhammadou Kah ailə üzvlərinin, yaxınlarının universitetdə vəzifələrə təyin olunmasına görə ittiham olunurdu.
2015-ci ildə prorektor vəzifəsindən xaric olunan Prof. Muhammadou Kah Azərbaycana gəlib və həmin müddətdən ADA Universitetində işləyir. O, hazırda universitetin texnologiya və innovasiya məsələləri üzrə prorektor vəzifəsini və informasiya texnologiyaları və mühəndislik fakultəsinin dekanı vəzifələrini daşıyır.