Reks Tillerson ABŞ-ın dövlət katibi postuna təsdiqlənib

ABŞ-ın sayca 69-cu dövlət katibi məlum olub.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib.
Qeyd edək ki, 64 yaşlı R.Tillerson bundan əvvəl “ExxonMobil” neft şirkətinin rəhbəri vəzifəsində çalışıb.