Rusiya Avropaya qazın qiymətini qaldırır

“2017-ci ildə Rusiyadan Avropaya verilən qazın min kubmetri 180-190 dollar civarnda olacaq”.
Bu barədə fevralın 28-də RİA Novosti məlumat yayıb.
“Qazprom” şirkəti idarə heyətinin sədr müavini Aleksandr Medvedevin sözlərinə görə ötən il “Qazprom”un idxal etdiyi qazın min kubmetri orta hesabla 167 dollar olub.
Məlumata görə “Qazprom” 2016-cı ildə xaricə idxalı 12,5% artırıb ki, bu tarixdə maksimum göstəricidir.
Aleksandr Medvedev həmçinin qeyd edib ki, Avropa “Qazprom”un əsas bazarı olub və olmaqda davam edir.