Rusiya neft hasilatında Səudiyyə Ərəbistanı ötüb

“The İndependent” yazır ki, Rusiya Səudiyyə Ərəbistanını ötərək dünyanın ən böyük neft hasilatçısına çevrilib.
Məqalədə deyilir ki, bu hadisə ötən dekabrda hər iki ölkə qlobal neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədilə istehsalı ixtisar etmək barədə razılaşma əldə edəndə baş verib.
Rusiya dekabr ayında günə 10, 49 milyon barrel neft hasil edib ki, bu da noyabr ayındakı hasilatdan günə 29 min barrel azdır. Eyni zamanda Səudiyyə Ərəbistanı öz hasilatını günə 10, 72 milyon barreldən 10, 46 milyon barrelə endirib.
Beləliklə, Rusiya ötən dekabrdan dünyanın ən böyük neft istehsalçısına çevrilib.
Bu ötən mart ayından bəri ilk dəfədir ki, Rusiya neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyur.
Səudiyyə Ərəbistanı və neft ixrac edən ölkələrin OPEC kartelindəki başqa ölkələr ötən ilin noyabrında ümumi hasilatı günə 1, 2 milyon barrel ixtisar etmək barədə razılaşma əldə etmişdilər.
Bu ixtisar yanvar ayının 1-dən başlayıb və 6 ay müddətində davam etməlidir.
OPEC üzrə ixtisarda ən böyük pay Səudiyyə Ərəbistanının üzərinə düşüb.
“The İndependent” yazır ki, Rusiya da daxil, qeyri-OPEC ölkələri də neft hasilatını azaltmaq öhdəliyi götürüblər.
Ötən noyabrdan bəri neft qiymətləri 20 faiz artıb.
Bu müddət ərzində dünyanın üçüncü ən böyük neft hasilatçısı Birləşmiş Ştatlar olub. Amerika ötən dekabrda günə 8, 8 milyon barrel neft çıxarıb, halbuki noyabr ayında bu rəqəm 8, 9 milyon barrel idi.
Səudiyyə Ərəbistanında neft hasilatı günə 8, 26 milyon barreldən 8 milyion barrelə enib.