Rusiyalı rəsmilər Suriyalı müxaliflərlə növbəti dəfə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov Suriyalı müxaliflər ilə Cenevrə görüşünün hazırlıqları üçün bir araya gəlib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Bogdanov-un, Suriya Müxalif və İnqilabçı Qüvvələr Koalisiyası heyəti ilə Cenevrə danışıqlarına hazırlıq işləri ilə bağlı görüşdüyü bildirilir.
“Sputnik agentliyi” xəbər verir ki, Rusiya Xarici işlər nazirliyindən verilən açıqlamada, “Görüş zamanı Suriya və ətrafındakı vəziyyətlə əlaqədar geniş fikir mübadiləsi aparılıb, BMT nəzdində 20 fevralda Cenevrədə keçirilməsi planlaşdırılan xüsusi danışıqlar daxil olmaqla, Suriyadakı böhrana siyasi həll yolunun tapılması mövzusu üzərində müzakirələr aparılıb”, – deyə qeyd edilib.
Bogdanov-un Suriya müxalifətinin bütün təməl qruplarının BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına əsasən maksimum konstruktiv yanaşma sərgiləməsi və Suriya xalqının maraqlarını güdməsi ümidini dilə gətirdiyi bildirilib.