Sabaha olan hava proqnozu

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal küləyi əsəcək.
Abşeron yarımadasında gecə 0-2° şaxta, gündüz 1-4° isti, Bakıda isə gecə 0-2° şaxta, gündüz 2-4° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.