Sabiq nazirə həbs cəzası

Misirdə 2009-2011-ci illər ərzində nazir olan Məhəmməd Nasruddin Allam korrupsiyaya qarışması səbəbiylə 7 il ağırlaşdırılmış həbs cəzasına məhkum edilib.
“Sputnik” agentliyi xəbər verir ki, Şimali Giza Məhkəməsi, El Ayyat mahalında “26 min hektar əraziyə əl qoyulmasını asanlaşdırdığı” səbəbiylə Allam və ərazidə fəaliyyət göstərən şirkətin idarə heyəti başçısı Əhməd Abdusselam-a yeddi il həbs cəzası verib.
Məhkəmənin qərarında Allam vəzifəsindən sui-istifadə edərək, “haqsız yerə başqaları adına qazanc əldə etməyə çalışmaqla” günahlandırılıb.
Sabiq nazir qərarın ardından polis tərəfindən paytaxt Qahirənin cənubundakı Tora həbsxanasına aparılıb. Allam-ın vəkilləri isə ittihamları rədd edib.