Son iki ildə Gömrük Komitəsində 500 əməkdaş məsuliyyətə cəlb olunub

Dövlət Gömrük Komitəsində son iki il ərzində 500 əməkdaş məsuliyyətə cəlb olunub, 84 əməkdaş vəzifəsindən azad edilib.
Report-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.
O bildirib ki, vergi və gömrük orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin, o cümlədən şikayətlərin sayının azalması bu sahədə şəffaflığın olmasından, əməkdaşlara qarşı tələbkarlığın artırılmasından irəli gəlir.