Suriyada Türkiyənin 2 hərbçisi şəhid olub, 15-i yaralanıb

Terrorçu İŞİD qruplaşmasının nəzarəti altında olan Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 2 hərbçi şəhid olub, 15-i yaralanıb.
“Report”un “Haber7″yə istinadən verdiyi xəbərə görə, hücum İŞİD silahlıları tərəfindən edilib.
Məlumata görə, terrorçuların hücumundan sonra İŞİD silahlılarının sığındığı yerlər qurudan və havadan atəşə tutulub.