“TRT 1” sabahdan Azərbaycanda yayıma başlayır

Türkiyənin TRT 1 televiziya kanalı martın 1-dən Azərbaycanda rəqəmsal yayıma başlayacaq.
TRT-nin Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, TİKA, Milli Televiziya və Radio Şurası (MTRŞ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Teleradio İstehsalat Birliyi arasında əldə olunmuş razılığa əsasən TRT 1 telekanalının yayımı bərpa edilib.
Azərbaycanda rəqəmli TV yayımına keçildikdən sonra TRT-nin yerüstü yayımı ötən ildən dayandırılıb. Noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si bölgələrdə analoq TV yayımı dayandırılıb.
Azərbaycanda yalnız rəqəmli TV yayımı həyata keçirilir. TRT-1 Azərbaycan və Türkiyə arasında hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır.