Trump: “Səfirliyi Qüdsə köçürmək barədə ciddi şəkildə düşünürəm”

ABŞ prezidenti Trump Tel-Əvivdəki ABŞ səfirliyini Qüdsə köçürməyi ‘ciddi şəkildə’ düşündüyünü söyləyib.
İsrailin Hayom qəzetinə müsahibə verən ABŞ prezidenti Donald Trump qeyri-qanuni yəhudi məskunlaşmaları və ABŞ səfirliyinin Tel-Əvivdən işğal altındakı Qüdsə daşınması haqqında danışıb.
Seçki kampaniyası müddətində də tez-tez dilə gətirdiyi ABŞ səfirliyinin Qüdsə daşınma vədi haqqında ciddi şəkildə düşündüyünü deyən Trump, plan üzərində çalışdığını və asan bir qərar olmadığını söyləyib.
Trump ayrıca, İsrailin surətlə artırdığı qeyri-qanuni məskunlaşma yerlərinin inşasının ‘sülh üçün yaxşı olmadığını’ ifadə edib.
Qeyd edək ki, bu, Trump-ın 20 yanvarda and içərək vəzifəyə başladığı günün ardından mövzuyla əlaqədar etdiyi ilk birbaşa açıqlaması olub.