Trump və Abe-dən siyasətə qolf fasiləsi

ABŞ prezidenti Trump Ağ Evdə fəaliyyətə başlamasının ardından qonaq etdiyi ikinci lider Yaponiya baş naziri Abe ilə Floridaya qolf oynamağa gedib. Trump-ın vəzifəyə başladığı 20 yanvardan bu yana ikinci dəfə tətilə çıxması diqqət çəkib.
Yaponiya baş naziri Şinzo Abe paytaxt Wahington-dan sonra ABŞ-dakı “təmaslarına” Floridada davam edib. Üzərində “Amerikanı yenidən böyük edək” yazan ağ rəngdə bir şapka taxan ABŞ prezidenti Donald Trump, qonağını sahibi olduğu qolf klubuna aparıb.
“Sputnik” agentliyi xəbər verir ki, Trump və Abe burada dörd saat ərzində qolf oynayıb. İki liderin qolf oynadığı sırada şəkil çəkilməsinə icazə verilmədiyi halda, Trump “Twitter” hesabından bir foto paylaşıb.

ABŞ mətbuatı Trump rəhbərliyinin jurnalistləri uzaq tutma qərarının əvvəlki dövrlərdən fərqlilik yaratdığını vurğulayıb. Trump-ın sələfi Barack Obama da vəzifədə olduğu müddət ərzində bir çox dəfə qolf oynamış və bu sırada jurnalistlərin şəkillər çəkməsinə icazə verilmişdi.

1957-ci ildə dövrün ABŞ prezidenti Dwight Eisenhower və dövrün Yaponiya baş naziri Nobusuke Kuşi Marylan bölgəsindəki Burning Tree Contry Club-da tennis oynamışdı.
Digər tərəfdən Trump-ın vəzifədə hələ üçüncü həftəsini geridə qoyarkən, ikinci dəfə tətilə çıxması da Florida gəzintisi ilə bağlı diqqət çəkən digər məqam olub.
Qeyd edək ki, eyni zamanda Trump-ın həyat yoldaşı Melania Trump da Washington-da yalnız buraxdığı Abe’nin yoldaşı Akie Abe-yə Floridada yoldaşlıq edib. İki first lady Floridadakı Morikami Muzeyi və Yapon Bağçaları gəzintisinə çıxıb.
Melania Trump və Akie Abe, Florida gəzintisi sırasında balıqları bəsləyib
Oğlunun təhsili səbəbiylə Ağ Evə köçməyən və New York-da yaşamağı davam edən Melania Trump, ənənədən kənara çıxaraq Akie Abe-yə Washington-da yoldaşlıq etməmişdi. Akie Abe Gallaudet Universiteti gəzintisinə və Yaponiya səfirliyində Milli Sakura Festivalı komitə üzvləri ilə təşkil edilən görüşə tək getmişdi.