Türkiyə prezidenti Erdoğan Almaniya baş naziri ilə görüşüb

Türkiyədə rəsmi səfərdə olan Almaniya baş naziri Angela Merkel prezident Recep Tayyip Erdoğanın qonağı olub.
İkilinin gündəmində terrorla mübarizə və iki ölkə arasındakı əlaqələrlə yanaşı konstitusiya dəyişikliyiylə Türkiyədə mətbuat və ifadə azadlığı mövzuları yer alıb.
“Euronews” xəbər verir ki, prezident sarayında keçirilən görüşdən sonra iki lider birgə mətbuat konfransı təşkil edib.
15 iyulda baş vermiş hərbi çevrilişə cəhddən sonra ilk dəfə Türkiyəni ziyarət edən Merkel mətbuat azadlığının əhəmiyyətinə toxunub.
Alman baş nazir, terrorla mübarizənin çox əhəmiyyətli olduğunu, günahkarlar üçün lazım olanların edilməsini, lakin eyni zamanda cinayətin fərdi olaraq təsbit edilməsinin də vacibliyini vurğulayıb. Türk xalqının demokratiya və demokratik prinsiplər üçün necə reaksiya göstərdiyini gördüklərini deyən Merkel, elə bu an belə kritik müddətdə ifadə azadlığına hörmət edilməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib.
Prezident Erdoğan isə Merkel ilə ikitərəfli və heyətlər arası görüş reallaşdırdıqlarını ifadə edərək, hərbi, siyasi, iqtisadi, ticari bütün əlaqələrlə bərabər, milli və regional bütün terror olaylarını ələ alma, bunları qiymətləndirmə fürsəti tapdıqlarını bildirib.
Erdoğan ayrıca, “islamçı terror” ifadəsinin müsəlmanlar üçün ciddi mənada pis təsir bağışladığını, bu ifadədən istifadə etmənin doğru olmadığını Merkelə xatırlatdığını söyləyib.
Baş nazir Merkel prezidentlə keçirdiyi görüşdən sonra Türkiyə Böyük Millət Məclisini ziyarət edib, sonra isə baş nazir Binali Yıldırım ilə bir araya gəlib.
Əvvəlki məqaləAzərbaycanla Gürcüstan arasında 153 milyon dollar dəyərində ticarət dövriyyəsi olub
Növbəti məqalədəAzərbaycanda avtobusları idarə edə bilmək üçün yaş həddi müəyyənləşib