Türkiyə Silahlı Qüvvələrində baş örtüyü qadağası ləğv olunub

Türkiyə Silahlı Qüvvələrində xidmət edən qadınlar üçün nəzərdə tutulan baş örtüyü qadağası aradan qaldırılıb.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi uyğun təlimat verib.
Məlumata görə, bundan sonra qadın zabit və gizirlər baş örtüyündən istifadə etməkdə sərbəstdirlər. Bu təlimat qadın kursantlar üçün də keçərli olacaq.