Valyuta hərracında dollar bahalaşmağa davam edir

Bu gün fevralın 23-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Abzas.net xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7498 səviyyəsində formalaşıb.
Xatırladaq ki, bundan öncəki hərracda dolların məzənnəsi 1.7447 manat müəyyən edilib.
Bununla da dollar manat qarşısında 0,3% bahalaşıb.