SOCAR yanvarda 645 min ton neft hasil edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar ayı ərzində 645,1 min ton həcmində xam neft hasil edib.
Abzas.net bu barədə şirkətə istinadən xəbər verir.
Ötən ay Azərbaycan üzrə ümumilikdə 3 367,5 min ton xam neft hasil edilib.
Qeyd edək ki, 2016-cı ildə SOCAR üzrə neft hasilatı 7,522 mln. ton, Azərbaycan üzrə isə 41,034 mln. ton təşkil edib.