Yaponiya Azərbaycana yeni səfir təyin edib

Yaponiya hökuməti Azərbaycana yeni səfir təyin edib.
APA-nın “The Mainichi” nəşrinə istinadən verdiyi məlumata görə, bu vəzifəyə Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin sabiq baş direktoru Teruyuki Katori təyinat alıb.
T.Katore bu postda 2013-cü ildən Yaponiyanın Bakıdakı səfiri olan Tsuqui Takahaşini əvəz edəcək.