Yüz mindən çox ABŞ vizası ləğv olunub

ABŞ prezidenti Donald Trampın miqrasiya ilə bağlı fərmanı imzalamasından sonra 100 000-dən çox viza ləğv olunub.
Bu bərədə The Washington Post administrasiyanın maraqlarını məhkəmədə müdafiə edən hüquqşünasa istinadən məlumat verir.
Bu məlumatlar ölkəyə girişinə icazə verilməyən iki Yəmən vətəndaşının məkhəmə prosesində səsləndirilib.
Ötən həftəsonu Tramp fərmanı ilə 120 gün müddətinə ABŞ ərazisinə qaçqınların, 90 gün müddətinə isə yeddi ölkə vətəndaşının girişinə məhdudiyyət qoyub.