Ələsgər Məmmədli: “Qrant haqqında fərman tamamilə texniki xarakterlidir”

Prezident İlham Əliyev martın 9-da “Qrant haqqında” qanunda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda göstərilir ki, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının 2.3-cü bəndinə “kommersiya qurumlarına” sözlərindən sonra “və publik hüquqi şəxslərə” sözləri əlavə edilsin. 
Abzas.net-ə açıqlamasında, Ələsgər Məmmədlinin sözlərinə görə, Qrant Haqqında qanuna mahiyyət etibarı ilə heç bir ciddi dəyişiklik edilməyib.

“Fərman tamamilə texniki əhəmiyyətlidir. Publik hüquqi şəxslərə verilən hüquqları genişlətmək məqsədi ilə Qrant Haqqında qanunda qrant ala bilən kateqoriyaya onların da adı əlavə olunub. Yeganə doğru addım o olar ki, Qrant Haqqında qanuna 2009-cu ildən sonra gətirilən bütün əlavələr ləğv olunsun” – dekə Ə.Məmmədli bildirib.
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin təsisçisi Bəşir Süleymanlı da ciddi bir dəyişikliklərin olmayacağını bildirib.
Anar Məmmədli (solda) və Bəşir Süleymanlı
“Fərmanda əhəmiyyətli bir qərar yoxdur… Publik hüquqi şəxslərə verilən hüquqları genişlətmək məqsədi ilə Qrant Haqqında qanunda qrant ala bilən kateqoriyaya onların da adının da əlavə olunması ilə bağlı addımların atılması üçün verilmiş sərəncamdır. Sərəncamda hər hansısa bir ciddi dəyişiklikdən söhbət gedə bilməz” – deyə hüquq müdafiəçisi bildirib.