12 növ yeni buludun yer aldığı atlas nəşr edilib

Ümumdünya Meteorologiya Təşkilatı buludun 12 yeni növünün tapıldığını bəyan edib. Onların hamısı Beynəlxalq Buludlar Atlası nəşrinin sonuncu sayında toplanıb.
Beynəlxalq Buludlar Atlası bulud forması təsnifatına görə dünyada ən nüfüzlu kataloq sayılır.
Yeni atlas nəşrinə son 30 ildə ilk dəfə olaraq suyun altından baxan zaman dəniz dalğalarına bənzəyən qeyri-adi dalğalı buludlar daxil edilib.
Bu buludların fotosu ilk dəfə olaraq 2006-cı ildə ABŞ-ın Iowa ştatında çəkilib.
Siyahıya həmçinin borunu xatırladan yuvarlaq buludlar da daxil edilib.

Buludun yuvarlaq növü də atlasa daxil edilib
Alimlərin sözlərinə görə, atlasın yeniləməsinə həvəskar meteoroloqların öz smartfonları ilə çəkdikləri çoxsaylı şəkillər köməklik edib.
Qeyd olunan fikirlərə görə, daima əl altında olan müasir cihazlar tez-tez dəyişən və ya itən buludları yalnız mütəxəssislərə deyil, həm də həvəskarlara çəkmək imkanı verir.
Buludlarla yanaşı atlasa nadir göy qurşağı növləri, qar qasırğaları və dolu barədə məlumatlar da daxil edilib.
Buludlarla yanaşı atlasda qar qasırğaları da yer alıb
Atlasın 1896-cı ildə çıxan ilk nəşrində ətraflı təsvirlə cəmi 25 rəngli foto yer alıb.
Beynəlxalq Bulud Atlasının hazırkı nəşri rəqəmsaldır və internetə yerləşdirlirib.