Aİ avrointeqrasiya layihələri üzrə Türkiyə üçün maliyyələşməni dayandırıb

Aİ Türkiyənin Avropa məkanına inteqrasıyasına yönələn bir sıra inteqrasiya layihələri üzrə Türkiyə üçün nəzərdə tutulan bütün ödəmələri bloklayıb.
APA-nın  verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Deutsche Wellе” nəşri məlumat yayıb.
Qeyd edək ki, Aİ 2014-2020-ci illər üçün Türkiyəyə 4,45 mlrd. avro maliyyə yardımı ayırmağı planlaşdırmışdı. Həmin məbləğdən indiyədək Türkiyəyə cəmi 167 mln. avro köçürülüb.
Ödənişlər konkret layihələrə bağlıdır. Onlardan ən irisi “Aİ-də üzvlüyə hazırlıqla bağlı islahatlar” layihəsidir. Bu məqsədlər üçün Aİ 1,58 mlrd. avro ayırmağı planlaşdırmışdı.