Aİ Brexit danışıqlarına dair təlimat hazırlayır

Aİ Şurasının prezidenti Donald Tusk Britaniyanın Aİ-ni tərk etməsilə bağlı danışıqların aparılmasına dair təlimatlar layihəsini təqdim edəcək.
Sənəd 27 üzv ölkənin hökumətlərinə çatdırılacaq.
Layihədə iki il davam edəcək danışaqların prinsipləri bir araya gətirilməlidir.
Aİ liderlərinə əsasən, Britaniya öncə İttifaqdan çıxmaq şərtlərini razılaşdırmalıdır. Gələcək münasibətlərin müzakirəsi isə növbəti mərhələdə baş tuta bilər.
Çərşənbə günü Britaniyanın Aİ-dən çıxması barədə rəsmi məktub Aİ Şurasının prezidenti Donald Tuska çatdırılıb.
London is israr edir ki, hər iki məsələ paralel şəkildə müzakirə edilməlidir.
Çərşənbə günü Britaniya Aİ-dən çıxması ilə bağlı danışıqlara start verən məktubu Avropa İttifaqına çatdırıb.