Artur Rəsizadə bu gün Milli Məclisdə hesabat verəcək

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək.
Modern.az saytı xəbər verir ki, parlamentin yaz sessiyasının bugünkü  iclasının gündəliyinə 1 məsələ daxil edilib.
Gündəliyə daxil olan məsələ aşağıdakıdır:
“Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında” hesabatı”.

Milli Məclisə hesabatı hökumət adından Baş nazir Artur Rasizadənin verəcəyi gözlənilir.

Bu arada bəzi iddialara görə, bu, 82 yaşlı Baş nazirin hökumət adından verəcəyi son hesabat ola bilər. Məlumatlara görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə əlaqədar yaxın aylarda hökumətin strukturunda ciddi dəyişiklik gözlənilir. Bu dəyişiklik nəticəsində 82 yaşlı Artur Rasizadənin vəzifəsilə vidalaşacağı haqda deyilənlər də iddialar sırasındadır.