“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 7 gün işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri 7 gün işləməyəcək.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov “Report”a bildirib ki, Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində mart ayının 20-26-ı qeyri-iş günü olacaq: “Martın 27-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər”.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.