Avropa Məhkəməsi Azərbaycanla bağlı daha 8 iş üzrə qərarını elan edəcək

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha 8 qərar açıqlayacaq. Bu barədə hüquqşunas Hafiz Həsənov açıqlama yayıb.
Abzas.net xəbər verir ki, Avropa Məhkəməsi 2010-cu il parlament seçkiləri üzrə göndərdilmiş şikayətlər üzrə növbəti qərarlarını aprelin 13-də elan edəcək. Elan olunacaq qərarlar aşağıdakılardır.
İlham Hüseynli (Application Number 37554/11) , Sahib Kərimli (Application Number 36230/11), İmanlı (Application Number 36227/11), Bayramlı (Application Number 36070/11), Nemət Əliyev (Application Number 36209/11), Yəhyayev (Application Number 31944/11), Hüseynli (Application Number 29615/11), Bəxtiyar Hacıyev (Application Number 29604/11).
Hafiz Həsənovun bundan əvvəl göndərdiyi  9 seçki şikayəti üzrə müsbət qərarlar qəbul edilib.