AXCP üzvlərinin həbs müddəti daha 3 ay uzadıldı

Bu gün, martın 3-ü Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli və partiyanın gənc fəalı Fuad Əhmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin və istintaqın müddətinin uzadılması barədə təqdimata baxılıb.
Abzas.net xəbər verir ki, hakim Şəlalə Həsənovun sədrliyi ilə keçirilən prosesdə hər iki çəbhəçi barəsində seçilmiş həbs qətimkan tədbiri və istintaqın müddəti üç ay uzadılıb.
Xatırladaq ki, Faiq Əmirli və Fuad Əhmədli və ötən ilin avqust ayında hıbs ediliblır. Onlar Türkiyədə hərbi çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülenin dəstəkçiləri adı ilə həbs edilsələr də sonradan maddələr dəyişdirilib.
Fuad Əhmədli
Faiq Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.
Fuad Əhmədli isə Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
AXCP hər iki üzvünün həbsini siyasi sifariş olduğu, ittihamların saxta və qurama olduğunu bəyan edib.