Azərbaycanda ikili vətəndaşlığı aşkarlananların sayı açıqlandı

“Dünyada müharibələrə görə miqrasiya prosesi genişlənir. Ümumilikdə, 65 milyondan şəxs qaçqın və məcburi köçkün düşüb. Baş verən proseslər bizi narahat edir. Çünki Azərbaycan da işğala məruz qalıb, vətəndaşlarının hüquqları pozulub”.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Qaçqınlar və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında dövlət miqrasiya xidmətinin rəis müavini Pərviz Musayev deyib.
P.Musayev bildirib ki, Azərbaycanda məskunlaşmış qaçqın və məcburi köçkünlər miqrasiyanın başlıca subyektidir.
“Azərbaycanda bu kontingentdən olan insanlara dövlət qayğısı göstərilir. Azərbaycanın tətbiqi etdiyi model nümunədir, bundan digər dövlətlər də istifadə edə bilər. Bu sahədə insan hüquqlarına tam əməl edilir”.
O deyib ki, miqrasiya prosesi çevik prosedurlar əsasında tənzimlənir. P.Musayev qeyd edib ki, 2016-cı ildə 7 min 956 nəfərin ikili vətəndaşlığı olması şəxslər müəyyənləşdirilib, onların adları müvafiq bazaya daxil edilib, və hazırda statistikası aparılmaqdadı.
“Qaçqın statusu almaq niyyətində olan 95 əcnəbinin (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”.
O qeyd edib ki, müraciət edənlərdən iki nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib.