Azərbaycanda uşaqların sayı açıqlanıb

Azərbaycanda uşaqların sayı açıqlanıb.
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev bildirib ki, ölkədə uşaqların (0-18 yaş) sayı 2 milyon 800 mindən nəfərdən artıqdır.

O qeyd edib ki, gələcəkdə uşaq əhalisinin sayı 3 milyona yaxınlaşacaq.

Baş pediatrın sözlərinə görə, qanunvericiliyə əsasən, körpə doğulandan 1 yaşına qədər ayda 3 dəfə, 2 yaşına qədər ayda 1 dəfə, 3 yaşına qədər rübdə 1 dəfə, 3 yaşından sonra isə ildə ən azı 1 dəfə kompleks tibbi müayinəsi dövlət vəsaiti hesabına aparılır.