“Azercell” abunəçilərinə xəbərdarlıq edib

“Azercell Telekom” MMC abunəçilərinə müraciət edib.
APA xəbər verir ki, şirkətdən verilən məlumata görə, göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədi ilə martın 4-də təkmilləşdirmə işləri aparılacaq.
“Bununla əlaqədar martın 4-də gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür”, – deyə məlumatda vurğulanıb.